Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir ADY rəsmisi:

Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir

Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.

Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizm şirkətinin əməkdaşının açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib. (Report.az)

Bizim.Media

Mənbə: bizim.media