“Bu, bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq”

“Bu, bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq”

“Otlaqlar yem üçün əsas bazadır. İqlim dəyişikliyi və bir sıra digər səbəblərlə əlaqədar yetərli təminat yoxdur. Qoyunçuluğun inkişafı üçün subsidiyalaşmanın tətbiqinə başlamaq istəyirik”.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, heyvandarlıq idarə oluna bilməyən sektordur: “Ət təminatının yaxşılaşdırılması üçün intensiv təsərrüfatçılığın inkişafı nəzərdə tutulur. Məhsuldarlığın artması bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Amma bu sahədə dövlət tənzimlənməsi nəzərdə tutulmur. Yəni kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı tənzimləmələr nəzərdə tutulmur. Sadəcə bazarda stabilləşmə mümkündür. Dünyanın bir sıra ölkələrində inflyasiya var. Bunun da iqtisadi səbəbləri var. Bu da məhsulların maya dəyərini artırır”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az