Kriptovalyuta birjasında baş tutan ticarət əməliyyatında "Bitcoin"in dəyəri 7 aprel 2026-cı ildən bu yana ilk dəfə olaraq 70 min dollardan aşağı düşüb.
Bu göstəricilər məşhur "Binance" ticarət platformasının statistik rəqəmlərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 10:56-da qeydə alınan nəticələrə əsasən, rəqəmsal valyuta 4.46% ucuzlaşaraq 69 788 dollar olub.
Saat 11:10-a olan məlumata isə "Bitcoin"in enişi -4.37% faiz (70.004 dollar) təşkil edib.
Mənbə: bizim.media