İşğal olunan Krımda benzinin satışı məhdudlaşdırıldı - FOTO/VİDEO

İşğal olunan Krımda benzinin satışı məhdudlaşdırıldı -

İşğal olunmuş Krımda mayın 31-dən etibarən yanacaq satışına məhdudiyyətlər tətbiq edilir.

Regionun qondarma "rəhbəri" Sergey Aksyonovun verdiyi məlumata görə, AI-95 markalı benzin ilk növbədə kommunal və sosial təyinatlı nəqliyyat vasitələrinə, həmçinin talonla limitsiz həcmdə buraxılacaq.

AI-92 markalı benzinin satışı isə bir avtomobil üçün 20 litrlə məhdudlaşdırılıb, kanistrlərə yanacaq doldurulması isə qadağan edilib.

Aksyonovun sözlərinə görə, vəziyyət bir ay ərzində sabitləşməlidir.



Mənbə: bizim.media