Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib

Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 40 min 527 ton xurma ixrac edib.

Bu həcmdə xurmanın dəyəri 32 milyon 99 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 307 ton (11,5 %), dəyər baxımından isə, 847 min dollar (2,5 %) azdır.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Mənbə: www.aznews.az