Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Bu şəxslər üçün dövlət rüsumu 550 manat

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyən edilir.

Milli Məclisin bugünkü iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumu 550 manat olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: bizim.media