SOCAR-da yeni təyinat - Foto

SOCAR-da yeni təyinat - Foto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.

SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.

E.Sevdimalıyev müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.

Qeyd edək ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.

Mənbə: qafqazinfo.az