Xəbər verdiyimiz kimi, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.
Bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub.
Mövzu ilə bağlı ADY-yə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, hələlik qiymətlər müəyyənləşməyib.
Bakı-Tbilisi qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər.
Belə ki, sonuncu dəfə Bakı-Tbilisi qatarının qiymətləri aşağıdakı kimi olub:
Plaskart — təxminən 24.54 AZN
Kupe — təxminən 35.32 AZN
SV (lüks) — təxminən 58.43 AZN
Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür.
2019-cu ildə Bakı–Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) — 25 AZN idisə hazırda standart 16–18 AZN, standart+ sinfi 20–24 AZN,
Biznes sindi 33–38 AZN, birinci sinif isə 45–55 AZN təşkil edir.
Xanım Səbuhiqızı
Mənbə: www.bakupost.az