“Lizinq” anlayışı niyə “maliyyə icarəsi” ilə əvəz edildi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

“Lizinq” anlayışı niyə “maliyyə icarəsi” ilə əvəz edildi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

“Maliyyə icarəsi haqqında” qanununun hazırlanmasında əsas məqsədlərdən biri vahid və beynəlxalq təcrübəyə uyğun yanaşma ilə hüquqi müəyyənliyin təmin edilməsi və praktikada yaranan mübahisəli məqamlara son qoyulmasıdır.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Tural Feyzullayev deyib.

Onun sözlərinə görə, indiyə qədər mülki hüquqi münasibətlərdə “lizinq” adı altında maliyyə icarəsi və əməliyyat icarəsi əməliyyatlarının fərqləri aydın olmurdu:

“Bu isə həm mülki hüquqi münasibətlərdə qeyrimüəyyənliyə, həm də məhkəmə praktikasında uyğunsuzluqlara səbəb olurdu. İndi anlayışlar beynəlxalq standartlara uyğunlaşdırılır. Beləliklə sözügedən dəyişiklik həm yerli, həm də xarici tərəflər üçün hüquqi müəyyənliyin bərqərar olmasına zəmin yaradacaq”.

Mənbə: fed.az