ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.
"20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və dörd gəmini tabe olmaq üçün sıradan çıxarıb", - deyə bildirilib.
CENTCOM İran limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu açıqlayıb.
Mənbə: publika.az