Misir və Əlcəzair arasında xam neft alışı üçün anlaşma memorandumu imzalanıb.
Bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Əlcəzairin milli neft və qaz şirkəti “Sonatrach” ilə imzalanan memorandum Misirin daxili bazarının ehtiyaclarını ödəmək üçün Əlcəzairdən xam neft idxalına imkan verəcək.
Əlcəzair Enerji və Mineral Ehtiyatlar Nazirliyi də açıqlamasında bu razılaşmanın xam neft və neft məhsulları üçün marketinq müqavilələri ilə bağlı danışıqlar kontekstində əldə edildiyini qeyd edib.
Müəllif: Roza
Mənbə: publika.az