Bu yolda hərəkət 2 günlük məhdudlaşdırılır

Bu yolda hərəkət 2 günlük məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

“Bu barədə AAYDA məlumat yayıb.

“Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - deyə məlumatda qeyd edilib.

Mənbə: qafqazinfo.az