Sabah yola çıxanların NƏZƏRİNƏ - Duman olacaq

Sabah yola çıxanların  NƏZƏRİNƏ -

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verilir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Mənbə: bizim.media