Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində yeni təyinat olub.
Bununla bağlı AMB sədri Taleh Kazımov Əmr imzalayıb.
Əmrə əsasən, Sadiq Fərhad oğlu Axundov baş direktor təyin edilib.
Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.
Qeyd edək ki, S.Axundov əmək fəaliyyətinə 2009-cu ildən başlayıb. “Azəriqazbank”, “Amrahbank”, “ZiraatBank Azərbaycan”da müxtəlif vəzifələrdə çalışıb.
2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. İndiki təyinatadək AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.
Mənbə: qafqazinfo.az