Abituriyentlərə şad xəbər - Buraxılış imtahanında əlavə vaxt veriləcək

Abituriyentlərə şad xəbər - Buraxılış imtahanında əlavə vaxt veriləcək

“2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.

O bildirib ki, imtahanda tapşırıq sayı azaldılacaq və yazı bacarığı ayrıca qiymətləndiriləcək.

Mənbə: qafqazinfo.az