Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır.

O, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir.

Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.

Aydın Həsənli daha əvvəl də IX sinif üzrə buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamışdı.

Mənbə: qafqazinfo.az