Vüqar Qurbanov TƏBİB-in yeni sədrini təbrik etdi

Vüqar Qurbanov TƏBİB-in yeni sədrini təbrik etdi

TƏBİB-in sabiq sədri Vüqar Qurbanov qurumun yeni icraçı direktoru Anar Bayramovu təbrik edib.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

V.Qurbanov TƏBİB-in səhifəsindən etdiyi paylaşıma “Xeyirli olsun” şərhini yazıb.

Qeyd edək ki, V.Qurbanov bu ilin fevralında vəzifəsindən azad olunmuşdu. Ötən gün Anar Bayramov onu bu vəzifədə əvəz edib.

Mənbə: qafqazinfo.az