Səudiyyə Ərəbistanı ABŞ-yə xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı ABŞ-yə xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazı ətrafında tətbiq edilən blokadanın dayandırılmasını və İranla danışıqların bərpasını tələb edib.

Bu barədə "The Wall Street Journal" ərəb rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-ə xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, İran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu boğaz krallığın qalan neft ixracı üçün həlledici əhəmiyyət daşıyır.

Qeyd olunur ki, Bab əl-Məndəb boğazı yaxınlığındakı əraziyə Yəməndə fəaliyyət göstərən husilər nəzarət edir. Ərəb mənbələrin məlumatına görə, İran bu qruplaşmaya təsir göstərərək həmin dəniz dəhlizinin bağlanmasına təzyiq edir. (Modern.az)

Mənbə: fed.az