Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? –

Bu il payızlıq taxıl əkin sahəsi ümumilikdə 948229,6 ha təşkil edir. Bunun 457867,2 ha-ı buğda, 490362,4 ha-ı isə arpa sahələridir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, havaların qeyri-sabit keçməsi səbəbindən məhsuldarlıq üzrə dəqiq proqnoz vermək mümkün deyil.

Hazırda yazlıq taxıl əkinlərinin davam etdiyi qeyd edilib.

Günay Şahmar, Bizim.Media

Mənbə: bizim.media