Sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə kassalardan, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Mənbə: qafqazinfo.az