BMT-dən bədbin proqnoz - Ərzaq qiymətləri artacaq

BMT-dən bədbin proqnoz -

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi Yaxın Şərqdəki münaqişələr səbəbindən artan enerji qiymətləri fonunda yüksəlib.

Təşkilatın məlumatına görə, FAO Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 128,5 bal təşkil edib.

Bu da fevral ayı ilə müqayisədə 2,4 faiz, ötən ilki səviyyədən isə 1 faiz yüksəkdir.

Qeyd olunub ki, dənli bitkilərin tədarükü ilə bağlı ümumilikdə əlverişli vəziyyətə baxmayaraq, gübrə təchizatındakı fasilələr və yüksək enerji qiymətləri bazar qeyri-müəyyənliyinə səbəb olur.

Müəllif: Roza

Mənbə: publika.az