"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

Kriptovalyuta bazarında eniş trendi davam edib.

CoinMarketCap platformasına istinadən xəbər verilir ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti 2,86% azalıb. Hazırda BTC 63 207 dollar səviyyəsində ticarət olunur.

Bazarın ikinci ən böyük aktivi olan Ethereum isə sutka ərzində 1,99% dəyər itirib və 1 829 dollara enib.

Digər iri aktivlərdən BNB 0,19% artıb, Bitcoin Cash 9,32%, Monero 1,60%, Zcash isə 2,71% azalıb.

Qızıl təminatlı tokenlərdən PAX Gold 0,35%, Tether Gold isə 0,18% artım göstərib.

Mənbə: bizim.media