Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat təşkil edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 4,6 % çoxdur.
Məlumata görə, ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,7 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 % artaraq 6,5 milyard manata bərabər olmuş, onun 45,7 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 660,2 manat və ya ötən ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 59,4 manat çox vəsait xərcləyib.
Mənbə: bizim.media