Azərbaycanda nə qədər mal-qara var?

Azərbaycanda nə qədər mal-qara var?

2026-cı il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 23,9 min baş iribuynuzlu mal-qara, 17,4 min baş qoyun və keçi mövcud olub.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən aylıq statistikada qeyd olunub.

Bildirilir ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 6,9 min baş iribuynuzlu mal-qara, 4,0 min baş qoyun və keçi satıb.

2025-ci ildə 174,6 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb.

Mənbə: az.trend.az