Bu il Bakıda daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulur - RƏSMİ

Bu il Bakıda daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulur - RƏSMİ

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.

Bu fikirləri bu gün Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, hazırda bu layihələrdən dördünün (Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən Əliyev–“Koroğlu” metrostandiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla; VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir.

“Bu il daha 4 yolun (Məhəmməd Xiyabani–Dairəvi-1; M-4–Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya Bünyadov) tikintisinin başlaması nəzərdə tutulub”

Mənbə: az.trend.az