Cari tədris ilində neçə şagird yerdəyişməsi edilib? - RƏSMİ

Cari tədris ilində neçə şagird yerdəyişməsi edilib? -

Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 53 mindən çox şagird yerdəyişməsi qeydə alınıb:

"2025-2026-cı tədris ilinin I yarımilində ölkə üzrə 53 mindən çox şagirdin yerdəyişməsi uğurla tamamlanıb", - məlumatda bildirilib.

Qeyd edək ki, yerdəyişmə prosesi yanvarın 8-də dayandırılıb. 11-ci siniflər üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mənbə: az.trend.az