Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq.

Bu məlumat Oxu.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan verilib. Qeyd olunub ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti həyata keçirəcək. "Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək", - deyə məlumatda bildirilir. Xatırladaq ki, hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti gündəlik olaraq Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir.

Mənbə: avtosfer.az