Xüsusi Nümayəndəliyinin binası təmir edilir - 22 milyon pul ayrıldı

Xüsusi Nümayəndəliyinin binası təmir edilir - 22 milyon pul ayrıldı

Xankəndidə Prezidentin Xüsusi Nümayəndəliyinin binası yenidən qurulur.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yeni satınalma müqaviləsi imzalayıb.

Məlumata görə, Xankəndi şəhərində yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin inzibati binasının yenidənqurulması işləri üzrə qalib “AZEKON Construction” MMC seçilib.

Layihənin dəyəri 22.417.950,14 AZN təşkil edir. (mənbə: banker.az)

Mənbə: modern.az