Salyanda 4000 yaxın evdə qaz olmayacaq

Salyanda 4000 yaxın evdə qaz olmayacaq


Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bu barədə yaydığı məlumata görə, Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədilə əlaqədar sabah (noyabrın 25-i) saat 9:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumən 3 981 abonent) qaz təchizatı dayandırılacaq.

Mənbə: www.bakupost.az