“Təlimlər bizi bu peşəyə tam hazır vəziyyətə gətirdi”.
Bu sözləri BakuBus-un yeni qadın sürücüsü Rəna Cəfərova deyib:
BakıBus komandası işə qəbul zamanı bütün prosesləri tam peşəkarlıqla həyata keçirdi. “Artıq biz xidmətə başlayırıq. Sərnişinlərimizə tam təhlükəsiz və mədəni xidmət göstərməyə hazırıq”.
O, 140E marşrut xəttində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Rəna Cəfərovanın 20 illik sürücülük təcrübəsi var.
Sevinc İbrahimzadə / Metbuat.az
Mənbə: metbuat.az