Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın ARTIB

Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.


Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

Bizim.Media

Mənbə: bizim.media