"Bunu az qala maliyyə böhranı kimi xarakterizə edənlər oldu" - Komitə sədri

"Bunu az qala maliyyə böhranı kimi xarakterizə edənlər oldu" - Komitə sədri

"Müzakirələrin gedişində aşağı artım tempini büdcə zərfinin zəif bəndi kimi, az qala maliyyə böhranı kimi xarakterizə edənlər də oldu. Bu fikirlər mövcud reallıqları doğru-düzgün əks etdirmir və dövlətin iqtisadi siyasətini təhrif edir".

Bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 2026-cı ildə gəlirlərin 253 milyon manat, xərclərin isə 296 milyon manat olmaqla, 0,7% mühafizəkar artımı dövlət büdcəsinin zəif deyil, güclü tərəfidir:

"Neft Fondundan büdcəyə transfert azalmasa idi, həm gəlir, həm də xərclər 5 faizə kimi arta bilərdi. Lakin bu cür artımlar dayanqılı büdcə prinsipi ilə uzlaşmır, orta və uzunmüddətli dövrdə ciddi fiskal risklər yarada bilər".

Anar Kəlbiyev

Mənbə: unikal.az