Londondan Kiyevə raket yardımı

Londondan Kiyevə raket yardımı

Böyük Britaniya Ukraynaya 350 ədəd zenit raketi göndərəcək.

Bu yardım, G7 ölkələrinin fövqəladə kreditləşdirmə proqramı çərçivəsində dondurulmuş rus aktivlərindən əldə olunan 70 milyon funt sterlinq gəlir hesabına maliyyələşdiriləcək.

Məlumatı "The Guardian" yayıb.

Bu addım Qərbin Ukraynaya dəstəyinin davamı kimi qiymətləndirilir və Rusiya aktivlərinin istifadəsi ilə bağlı beynəlxalq hüquqi və siyasi müzakirələri daha da aktuallaşdırır./Musavat.com

Mənbə: yenisabah.az