ABŞ-da qızılca tüğyan edir

ABŞ-da qızılca tüğyan edir

Yanvar ayından bəri Texasda 505 nəfər, qonşu Nyu-Meksiko, Oklahoma və Kanzas ştatlarında isə 90-dan çox insan qızılcaya yoluxub. Texasda iki uşaq ölüb, Nyu-Meksikoda isə yetkin insanın ölümü araşdırılır.

Publika.az xəbər verir ki, Səhiyyə və sosial xidmətlər Departamentinin (HHS) məlumatına görə, ABŞ-da qızılcaya 600-dən çox yoluxma halı qeydə alınıb.

Filadelfiya Uşaq Xəstəxanasındakı Peyvənd Maarifləndirmə Mərkəzinin direktoru doktor Pol Offitin sözlərinə görə, Texas epidemiyasına minlərlə hadisənin daxil olduğu ehtimal edilir, çünki yoluxma hallarının rəsmi hesablanmasında yalnız laborator şəkildə təsdiqlənmiş halları nəzərə alınır: “Bu, kütləvi qızılca epidemiyasıdır”.

Mənbə: publika.az