Böyük Britaniyanın Əmək və Pensiyalar Nazirliyi kiberhücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, nazirlik yaydığı açıqlamada bəzi xidmətlərin bir neçə gün ərzində işləməməsinin kiberhücumun nəticəsi olduğunu təsdiqləyib: "Milli Kibertəhlükəsizlik Mərkəzi və Hökumət Kibertəhlükəsizlik Koordinasiya Mərkəzi ilə birlikdə sistemlərimizə icazəsiz giriş cəhdinin səbəblərini müəyyənləşdiririk. Nazirliyin bu cür hadisələr üçün ətraflı tədbirlər planı var və onlar dərhal həyata keçirilib".
Qeyd edək ki, hadisə 26 noyabrda aşkar edilib; ehtiyat tədbiri olaraq bir neçə xidmət bağlanıb, bəziləri isə hələ də əlçatmazdır. Nazirlik şəxsi məlumatların oğurlanmasına dair heç bir dəlil olmadığı və pensiya və müavinət ödənişlərinin adi qaydada davam etdiyini bəyan edib.
Musavat.com
Mənbə: musavat.com