Onlayn media saytları həm özləri barədə əsas məlumatları oxucular üçün əlçatan etməli, həm də xəbərlərin ilk yayımlandığı tarixi dəyişməz saxlamalıdır.
Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.
Beləki, onlayn media subyektləri öz veb-saytlarında media qurumunun adını, VÖEN-ini, domen adının sahibini, məsul redaktorun soyadını, adını və atasının adını, eləcə də fəaliyyət ünvanını və əlaqə vasitələrini göstərməlidir.
Bu məlumatlar saytın “Əlaqə” bölməsində yerləşdirilməli və istifadəçilər ana səhifədən həmin bölməyə birbaşa daxil ola bilməlidirlər.
Bundan başqa, onlayn mediada hər hansı materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və sonradan dəyişdirilməməlidir.
Bizim.Media
Mənbə: bizim.media