Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq.

Xeberler.az "Kyodo" agentliyinə istinadən məlumat verir ki, qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Son həftələr kiberhücumlar on milyonlarla insanın şəxsi məlumatlarının sızmasına səbəb olub.

Yaponiyanın Baş naziri Sanae Takaiçi süni intellektdən (Sİ) istifadə edərək əsas kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsi, kiberhücuma cavab strategiyasının hazırlanması və təsirlənən şirkətlərə dəstək verilməsini tapşırıb.

Bundan əlavə, hökumət haker hücumlarına qarşı mübarizə aparmaq üçün dövlət və özəl sektorların nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaratmaq qərarına gəlib.

Xidmət qrupunun xarici İT şirkətləri və Sİ model tərtibatçıları ilə əməkdaşlıq etməsi gözlənilir.

Kiberhücumlar həyata keçirmək üçün istifadə edilən veb saytlara və serverlərə girişin bloklanması ehtimalı da nəzərdən keçirilir.

 

 

Mənbə: xeberler.az