Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi

Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi

Avropanın bir neçə ölkəsində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar edildikdən sonra Böyük Britaniyada pərakəndə satış şəbəkələrinə xəbərdarlıq olunub.

Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket hakerlərin hücumuna məruz qalıb. Fransada isə bir neçə həftə əvvəl yüzlərlə ərzaq mağazasında oxşar hallar qeydə alınmışdı.

Hakerlər soyuducu sistemlərinə uzaqdan müdaxilə edərək temperaturu bəzi hallarda 80 dərəcəyədək artırıblar. Nəticədə böyük həcmdə ərzaq məhsulları xarab olub.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi mümkün hücumların qarşısını almaq üçün pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etdiyini açıqlayıb. Hökumət isə fövqəladə hallara hazırlıq məqsədilə vətəndaşlara ən azı üçgünlük ərzaq və zəruri ehtiyat saxlamağı tövsiyə edir.

Mənbə: publika.az