Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi -

ABŞ-lı aktrisa Ancelina Coli Qəzza zolağının müharibədən əvvəl və bu ilin yayındakı peyk görüntülərini paylaşaraq dağıntıların miqyasını göstərib.

Bu barədə "turkiyetoday.com" saytı yazıb.

Coli bildirib ki, Google Earth vasitəsilə Qəzzada törədilən dağıntıları görmək mümkündür. Onun sözlərinə görə, yaşayış məhəllələri, evlər, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur dağıdılıb.


Aktrisa BMT-nin peyk təhlilinə istinadən qeyd edib ki, iyun ayına qədər Qəzzadakı tikililərin 82 faizi zərər görüb, zərərçəkən tikililərin təxminən üçdə ikisi isə tamamilə dağılıb.

Coli həmçinin Qəzzada 1,98 milyon insanın, yəni əhalinin 94 faizinin sığınacaq və əsas ehtiyaclar üçün yardıma ehtiyacı olduğunu bildirib.


Bizim.Media

Mənbə: bizim.media