Avstraliyanın Baş naziri Entoni Albanese “OpenAI” tərəfindən hazırlanmış süni intellekt agentinin iyun ayında ölkənin ictimai səhiyyə sistemi olan “Medicare” portalına icazəsiz daxil olduğunu açıqlayıb.
Albanesenin sözlərinə görə, hadisə zamanı şəxsi məlumatların sızdığına dair dəlil yoxdur.
Süni intellekt agentinin “Medicare” portalında açıq və məhdud girişli fayllara daxil olduğu və serverdə fayl yazma əməliyyatları apardığı bildirilib.
Baş nazir hadisədən yalnız sentyabrın 10-da xəbərdar edildiklərini, “OpenAI”ın isə məlumatı ümumi elektron poçt ünvanına göndərdiyini deyib. Məktub sentyabrın 11-də oxunub, hadisə isə sentyabrın 15-də Avstraliya Kibertəhlükəsizlik Mərkəzinə bildirilib.
Baş nazirin müavini Riçard Marlesin sözlərinə görə, süni intellekt agentinə səhiyyə statistikası ilə bağlı məlumat toplamaq tapşırılıb. Agent digər dövlət saytlarında adi istifadəçi kimi fəaliyyət göstərsə də, “Medicare” portalında cavab ala bilmədikdən sonra sistemə icazəsiz daxil olub.
Hadisənin hüquqi və texniki aspektlərini araşdırmaq üçün işçi qrupu yaradılıb.
Mənbə: qafqazinfo.az