Hansı tətbiqlər telefonun “zaryadka”sını öldürür?

Hansı tətbiqlər telefonun “zaryadka”sını öldürür?

Mütəxəssislər smartfonun batareya ömrünü əhəmiyyətli dərəcədə uzatmaq üçün söndürülməli olan funksiyaları müəyyən ediblər.

Əgər “zaryadka” tez bitirsə, problem nasaz batareyada deyil, arxa fonda işləyən funksiyalardadır. Xüsusilə, davamlı olaraq yerləşmə məlumatının izlənilməsi külli miqdarda enerji sərf edə bilər.

Yerləşmə xidmətləri xəritələr, nəqliyyat və çatdırılma tətbiqləri, hava proqnozu xidmətləri və bəzi sosial media platformaları üçün vacibdir. Lakin əksər tətbiqlərin sizin yerləşmə məlumatlarınıza daimi çıxışına ehtiyac yoxdur. Çoxsaylı tətbiqlərə yerləşmə məlumatlarınıza daim çıxış icazəsi vermək cihaza əlavə yük yaradır.


Smartfonunuzun parametrlərini açın və yerləşmə xidmətləri bölməsini tapın. Orada yerləşmə məlumatlarınıza çıxış icazəsi olan tətbiqlərin siyahısını nəzərdən keçirə bilərsiniz.

Bu funksiyanı tamamilə söndürməyə ehtiyac yoxdur; sadəcə olaraq, daimi izləmə tələb etməyən tətbiqlər üçün çıxışı məhdudlaşdırmaq kifayətdir. İcazə parametrlərində adətən "Tətbiqdən istifadə zamanı" kimi seçim mövcud olur.

Bundan başqa, batareya ömrünü uzatmaq üçün ekranın parlaqlığını azaldın, arxa fon fəaliyyətini məhdudlaşdırın və istifadə etmədiyiniz zaman Bluetooth və Wi-Fi-ı söndürün.

Mənbə: bizim.media