Tesla Çində təxminən 3 milyon avtomobili geri çağırmaq qərarına gəlib.
Şirkətin bu addımı avtomobillərdə fövqəladə vəziyyət zamanı qapıların mexaniki üsulla açılması üçün istifadə olunan tutacaqlarla bağlı problemdən qaynaqlanır.
Əsas problem mexaniki qapı açma tutacaqlarının avtomobilin salon üzlüyü ilə eyni və ya oxşar rəngdə olmasıdır. Bu isə qəza və digər fövqəladə hallar zamanı sərnişinlərin mexanizmi tez müəyyənləşdirməsinə mane ola bilər.
Məlumata görə, Tesla problemi aradan qaldırmaq üçün mexaniki tutacaqların üzərinə daha aydın görünən, diqqətçəkən rəngli xəbərdarlıq nişanları yerləşdirəcək.
Bununla sərnişinlərin fövqəladə vəziyyət zamanı mexaniki qapı açma mexanizmini daha asan tapması və avtomobili tərk etməsi məqsəd qoyulur.
Müəllif: Tural Hüseyn
Mənbə: news.milli.az