Yaponiyada videolara baxmaq üçün xüsusi eynək hazırlandı – VİDEO

Yaponiyada videolara baxmaq üçün xüsusi eynək hazırlandı –

Yaponiyada istifadəçilərə qısa videoları daha rahat izləməyə imkan verən xüsusi eynək təqdim olunub.

Cihaz smartfona qoşularaq videolara telefona toxunmadan baxmağa şərait yaradır.

Yeni qurğu istifadəçiyə telefonu əlində saxlamadan məzmun izləməyə imkan verir və bunun üçün görüntünü birbaşa eynək vasitəsilə təqdim edir.

Sosial şəbəkələrdə yenilik zarafatla qarşılanıb. İstifadəçilər bunun "qısa videolardan asılılığı maksimum rahatlıqla davam etdirmək üçün yaradıldığını" bildirən ironik şərhlər paylaşıblar.


Mənbə: bizim.media