ABŞ-ın "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat təyyarəsi yenidən Qara dəniz üzərində qısa uçuş həyata keçirib.
Bu barədə TASS məlumat yayıb. Nəşr Avropa Birliyinin aviadispeçer xidmətindəki mənbəsinə istinad edib.
Agentliyin mənbəsinin məlumatına görə, təyyarə Rumıniyanın Konstansa şəhərindəki bazadan havaya qalxıb və sonra beynəlxalq sular üzərində bir neçə dəfə dövrə vurub. Təyyarə təxminən 40 dəqiqə sonra yerə enib.
Mənbə onu da qeyd edib ki, belə qısa uçuş adətən bir neçə saat uçuşlar reallaşdıran NATO təyyarəsi üçün qeyri-adi hal sayılır.
O da vurğulanəb ki, "Bombardier Challenger 650 Artemis II" son aylarda dəfələrlə Qara dənizin cənub hissəsi üzərində peyda olub.
Mənbə: publika.az