Dərslikləri süni intellekt əvəzləyə bilər – Nazirdən AÇIQLAMA

Dərslikləri süni intellekt əvəzləyə bilər –

“Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, hazırda süni intellekt müəlliflərdən daha yaxşı dərsliklər təqdim edir:

"Uşaqlara düzgün sual verməyi öyrətsək, dərslikləri süni intellekt əvəzləyə biləcək. Süni intellükt üç-dörd il sonra hətta Dilçilik İnstutunun tədqiqatların daha yaxşı formada təqdim edəcək. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac olmayacaq".

Bizim.Media

Mənbə: bizim.media