“Liverpul” azarkeşləri avtomobil qəzasında həlak olan komandanın futbolçusu Dioqo Jotaya ehtiramlarını göstəriblər.
Tərəfdarlar “Enfild” stadionunun ətrafına güllər düzüblər.
Onlar D.Jotanın xatirəsini “sən həmişə bizim 20 nömrəmiz olacaqsan” sözləri ilə yad ediblər.






Mənbə: qafqazinfo.az