UEFA Gənclər Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.
Həlledici oyunda "Barselona" və "Trabzonspor" klubları qarşılaşıb.
Əvvəlki mərhələlərdə "Yuventus", "İnter", "Atalanta", "Zalsburq" kimi rəqiblərini mübarizədən kənarlaşdıran Türkiyə təmsilçisi finalda eyni uğuru təkrarlaya bilməyib. "Barselona" 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ötən mövsümdə turnirin qalibi "Olimpiakos" olmuşdu.
Mənbə: unikal.az