Misli Premyer Liqasının XXXII turunda daha bir oyun keçirilib.
"Araz-Naxçıvan" səfərdə "Səbail"lə qarşılaşıb.
"ASCO Arena"da keçirilən oyun heç-heçə başa çatıb - 1:1.
54 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Səbail" isə 21 xalla sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.
Mənbə: yenisabah.az