Türkiyə Superliqasında 33-cü turun növbəti oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Qaziantep”in qonağı olub.
Görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı birinci hissədə meydan sahibləri açsa da, “sarı lacivərdlilər” ikinci yarıda üstünlüyü ələ alıb və üç top vuraraq qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”la xal fərqini 2-yə endirib.
Mənbə: qafqazinfo.az