Norveç çempionatında mübarizə aparan “Bryüne” klubu futbolçusu Aksel Krüqerə qeyri-adi mükafat verib.
“Qafqazinfo”nun məlumatına görə, ötən gün “Höqesunn”a 3:1 hesabı ilə qalib gəldikləri matçın ən yaxşısı olan müdafiəçi quzu ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Bryüne” klubunun atdığı ilk belə addım deyil. Onlar daha əvvəl matçın ən yaxşılarına süd və yumurta vermişdilər.
Mənbə: qafqazinfo.az